...

Rəcəb Tayyib Ərdoğan Zəngilan Hava Limanının açılışında iştirak edəcək

Siyasət Materials 19 İyul 2022 19:13 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Derya Yanıkı qəbul edərkən deyib.

Dövlət başçısı Türkiyə Prezidenti ilə Zəngilan hava limanının açılışında iştirak edəcəklərini məmnunluqla qeyd edib.

Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi bu ilin sentyabr ayında başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti