...

İnvestorlara “bir pəncərə” prinsipi əsasında xidmətlər göstəriləcək

Siyasət Materials 27 İyul 2022 18:36 (UTC +04:00)
İnvestorlara “bir pəncərə” prinsipi əsasında xidmətlər göstəriləcək

Bakı. Trend:

Dövlət qurumları tərəfindən investisiya fəaliyyətinin həyata keçirilməsi qaydası hazırlanacaq.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İnvestisiya fəaliyyəti haqqında” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti dövlət qurumları tərəfindən investisiya fəaliyyətinin həyata keçirilməsi qaydasının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabinetinə investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və “bir pəncərə” prinsipi əsasında göstərilməsi ilə bağlı təkliflərini üç ay müddətində, investisiya fəaliyyətinin təşviqi ilə bağlı təkliflərini də beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək də tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti