...

Ərdoğan və Boris Conson Ankara və London arasında ikitərəfli münasibətləri müzakirə ediblər

Siyasət Materials 3 Sentyabr 2022 01:23 (UTC +04:00)
Ərdoğan və Boris Conson Ankara və London arasında ikitərəfli münasibətləri müzakirə ediblər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın baş naziri Boris Conson ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, Türkiyə və Böyük Britaniya liderləri ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

Söhbət zamanı Ərdoğan Boris Conson ilə işlədiyi müddətdə yaxın dialoq qurduqlarını və iki ölkə arasında qarşılıqlı hörmət və anlayışa əsaslanan münasibətləri inkişaf etdirməyə davam etdiklərini qeyd edib.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin strateji tərəfdaşı və yaxın müttəfiqi olan Böyük Britaniya ilə münasibətlərin qarşıdakı dövrdə də eyni sağlam düşüncə və uzaqgörənliklə daha da dərinləşəcəyinə və inkişaf edəcəyinə əminliyini bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti