...

Azərbaycan-Ermənistan sərhədi demarkasiya olunmadığı üçün, hansısa pozuntudan danışmaq çətindir – Qazaxıstan XİN

Siyasət Materials 14 Sentyabr 2022 10:40 (UTC +04:00)
Azərbaycan-Ermənistan sərhədi demarkasiya olunmadığı üçün, hansısa pozuntudan danışmaq çətindir – Qazaxıstan XİN

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında sərhəd demarkasiya olunmadığı üçün, hər hansı sərhəd pozulması barədə danışmaq çətindir.

Trend-in məlumatına görə, bunu Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi deyib.

Onun sözlərinə görə, ən vacib tapşırıq Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın işinin bərpa olunmasıdır

"Biz öz təcrübəmizlə bölüşməyə hazırıq. Biz bütün quru sərhədlərimizi, hətta dəniz sərhədlərimizi demarkasiya etdiyimiz üçün, bu proses demək olar ki, başa çatıb. Yalnız Rusiya ilə sərhədin demarkasiyası qalır ki, bu da yəqin ki, 2-3 il davam edəcək", - deyə nazir bildirib.

Eyni zamanda M.Tleuberdi vurğulayıb ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi ilə əlaqədar Qazaxıstan sülhməramlılarının Ermənistana göndərilməsi məsələsi gündəmdə deyil.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti