...

Hikmət Hacıyev Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı verib

Siyasət Materials 20 Sentyabr 2022 23:14 (UTC +04:00)
Hikmət Hacıyev Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı verib.

Trend xəbər verir ki, Hikmət Hacıyev tviter hesabında paylaşdığı başsağlığında qeyd edib:

“Əziz dost Arye Rəşid Qut, Allah sənə rəhmət eləsin! Ailə üzvlərinə Allah səbir versin! Azərbaycanın haqq mübarizəsində usanmadan çalışdın. Təsəllimiz odur ki, Şuşanı və azad Qarabağı görmək bu yay sənə qismət oldu”.

Xəbər lenti

Xəbər lenti