...

Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında razılıq əldə olunar - Çavuşoğlu

Siyasət Materials 26 Sentyabr 2022 13:11 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Şərq-Qərb dəhlizinin əhəmiyyəti artıb.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.

Nazir bildirib ki, Azərbaycan və Gürcüstan da dəhlizin keçdiyi regiondadır, Ermənistan da sülhə razılıq versə, prosesə daxil ola bilər:

"Ümid edirəm ki, Ermənistan ilə Azərbaycan arasında razılıq əldə olunar və Ermənistan da prosesə daxil olar. Türk dövlətləri olaraq inteqrasiyamızı dərinləşdirmək üçün Türk Dövlətləri Təşkilatını qurduq və bu təşkilat heç bir qurumla rəqabət aparmır. Biz özümüzə güvənirik", - deyə M.Çavuşoğlu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti