...

Prezident İlham Əliyev: Bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq

Siyasət Materials 26 Sentyabr 2022 13:28 (UTC +04:00)
Prezident İlham Əliyev: Bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq

Bakı. Trend:

Bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Bir daha qeyd edirəm, nəticələr bizim ümumi səylərimizlə yaranıb, ölkələrimiz üçün və mənim fikrimcə, bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir. Əlbəttə, regional təhlükəsizlik məsələləri həmişə bizim münasibətlərimizin gündəliyindədir. Biz bu yaxınlarda Səmərqənddə Rusiya Prezidenti ilə görüşümüzdə bu barədə danışmışıq. Əlbəttə, bizim regionda sülh bütün ölkələr, bütün xalqlar üçün zəruridir. Bizim gündəliyimiz kifayət qədər birmənalıdır. Biz dəfələrlə bildirmişik ki, uzunmüddətli və davamlı sülhün, qonşularımızla bağlı bütün problemlərin həllinin və bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti