...

Prezident İlham Əliyevin iştirakı olmadan qaz təchizatının şaxələndirilməsinə ümid etmək çətin olardı - Vuçiç

Siyasət Materials 1 Oktyabr 2022 22:21 (UTC +04:00)
Prezident İlham Əliyevin iştirakı olmadan qaz təchizatının şaxələndirilməsinə ümid etmək çətin olardı - Vuçiç

Bakı. Trend:

Prezident İlham Əliyevin iştirakı olmadan çətin ki, bizim hər birimiz qaz və elektrik təchizatının şaxələndirilməsinə ümid edə bilək.

Trend-in məlumatına görə, bunu şənbə günü Serbiya prezidenti Aleksandr Vuçiç Sofiyada keçirilən IGB-nin kommersiya təqdimat mərasimində çıxışı zamanı deyib.

“Bolqar və yunan dostlarımızı interkonnektorun uğurla başa çatması münasibətilə təbrik edirəm. Layihə Serbiya üçün də böyük əhəmiyyət kəsb edir. Xüsusilə qeyd etməliyəm ki, dostumuz Prezident İlham Əliyevin iştirakı olmadan, çətin ki, bizim hər birimiz qazın və elektrik enerjisinin şaxələndirilməsinə ümid edə bilək. Əziz dostum, görürəm ki, bu gün Avropada çox məşhur olmusunuz. Mən sizinlə danışmaq istərdim. Onunla dəfələrlə danışmışam. Avropada çox məşhur oldu. İndi nə etdiyini bilmirəm, amma etiraf etməliyəm ki, mən də bunu bilmək istərdim" - deyə A.Vuçiç bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti