...

Azərbaycanda ICESCO-nun Regional Ofisi yaradılacaq

Siyasət Materials 11 Oktyabr 2022 12:09 (UTC +04:00)
Azərbaycanda ICESCO-nun Regional Ofisi yaradılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı: Trend:

Azərbaycanda ISESCO-nun Regional Ofisi yaradılacaq.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO arasında ICESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Deputatlar qeyd edib ki, regional ofisin yaradılması Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişafına töhfə verəcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti