...

Tərtərdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə konfrans keçirilib (FOTO)

Siyasət Materials 20 Oktyabr 2022 08:19 (UTC +04:00)
Tərtərdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyi münasibətilə partiyanın Tərtər rayon təşkilatı tərəfindən konfrans keçirilib.

YAP-dan Trend-ə bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərində ucaldılmış abidəsi və “Şəhidlər abidəsi” ziyarət olunub.

Tədbir Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov “Müstəqil Azərbaycan Respublikasının inkişafında Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda məruzə ilə çıxış edib.

YAP İdarə Heyətinin üzvü Asif Əsgərli bildirib ki, Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfələrini verib.

Milli Məclisin deputatı qeyd edib ki, YAP Azərbaycan dövlətçiliyinin, onun bu gününün və sabahının qarantıdır. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir.

Tədbirdə, həmçinin Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər rayon Uşaq Musiqi Məktəbinin müəllimi Kərrar Bayramov, rayon R.Səfərov adına Sarıcalı kənd tam orta məktəbinin direktoru Vəsilə Mehtiyeva və Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov Yeni Azərbaycan Partiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da yüksək nailiyyətlərə imza atacağını qeyd ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə bir qrup YAP fəalına təşəkkürnamə təqdim olunub.

Eyni zamanda, YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti