...

Azərbaycan Cammu və Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyib - Səfir (FOTO)

Siyasət Materials 27 Oktyabr 2022 13:56 (UTC +04:00)
Azərbaycan Cammu və Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyib - Səfir (FOTO)
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Cammu və Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyib.

Trend-in məlumatına görə, bunu bu gün Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi Kəşmir üçün matəm günü münasibətilə keçirilən tədbir zamanı deyib.

Səfir Azərbaycan xalqına dəstəyə görə təşəkkür edib və vurğulayıb ki, bu məsələ təkcə Pakistan üçün deyil, həm də beynəlxalq hüquq, insan ləyaqəti və qlobal təhlükəsizliyi dəstəkləyən hər kəs üçün vacibdir.

O qeyd edib ki, Cammu və Kəşmirin işğalından 75 il ötür və BMT-nin qətnamələrinə, beynəlxalq hüququn müddəalarına baxmayaraq bu problem hələ də həll olunmayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti