...

Üçüncü tərəflərin təsiri ilə Ermənistanın destruktivlik nümayiş etdirməsi qəbuledilməzdir - Ceyhun Bayramov

Siyasət Materials 5 Noyabr 2022 11:37 (UTC +04:00)
Üçüncü tərəflərin təsiri ilə Ermənistanın destruktivlik nümayiş etdirməsi qəbuledilməzdir - Ceyhun Bayramov

Bakı. Trend:

Bölgədə yeni imkanların yarandığı, Azərbaycanın genişmiqyaslı quruculuq işləri həyata keçirdiyi bir dövrdə təxribatyönümlü hər hansı addımların atılması, hansısa üçüncü tərəflərin təsiri ilə Ermənistanın destruktivlik nümayiş etdirməsi yolverilməz və qəbuledilməzdir.

Trend xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov bu gün 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirdə deyib.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, Azərbaycan buna heç bir halda yol verməyəcək və təxribatların qarşısı qətiyyətlə alınacaq. “Ölkəmizin regiona baxışı məlumdur. Bu, beynəlxalq hüquq və normaları əsasında münasibətlərin normallaşdırılmasından ibarətdir", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti