...

Prezident İlham Əliyevin sayəsində 44 günlük müharibədə qazanılan qələbə Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan bir hadisədir - Novruz Aslan (FOTO/VİDEO)

Siyasət Materials 6 Noyabr 2022 14:07 (UTC +04:00)
Prezident İlham Əliyevin sayəsində 44 günlük müharibədə qazanılan qələbə Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan bir hadisədir - Novruz Aslan (FOTO/VİDEO)

Bakı. Trend:

44 günlük Müharibədəki qələbə Prezident İlham Əliyevin sayəsində Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan bir hadisədir.

Bunu Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinə müsahibəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Novruz Aslan bildirib.

O bildirib ki, Azərbaycan xalqı tarixi qələbəmizi əbədi olaraq fəxrlə, qürurla qeyd edəcək. Novruz Aslan əlavə edib ki, bir neçə il bundan əvvəl Azərbaycanın 20 faiz ərazisi işğal altında idi, biz uduzmuş, üzərimizə məğlubiyyət damğası vurulmuş bir xalq kimi yaşayırdıq.

"Amma bu gün biz torpaqlarımızı azad etmişik. Bir-birimizi Zəfər bayramı münasibətilə təbrik edirik. Buna görə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, qəhrəman ordumuza, şəhidlərimizə və qazilərimizə borcluyuq", - deyə N.Aslan əlavə edib.

Novruz Aslan qeyd edib ki, Azərbaycan uzun illər idi ki, Prezident İlham Əliyevin rəhbərıiyi ilə bu Zəfərə hazırlaşırdı: "Prezident İlham Əliyev bütün sahələrdə ölkəmizi inkişaf etdirir, iqtisadiyyatımızı gücləndirir, ordmuzu ən müasir silah-sursatla təmin edirdi. İnsanlarda gələcəyə böyük ümid, inam yaranırdı. Bu uzaqgörən siyasətin nəticəsi idi ki, Azərbaycan xalqı öz lideri ətrafında "dəmir yumruq" kimi birləşdi və cəmi 44 gün ərzində biz düşmənə layiqli dərs verərək Qələbə qazandıq. Bundan böyük uğur, xoşbətlik ola bilməz".

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri onu da bildirib ki, bu gün azad edilmiş ərazilərdə həyata keçirilən sürətli bərpa işləri də qürur mənbəyidir: "Düşmənin yerlə yeksan etdiyi ərazilərimiz yenidən qurulur, müasir layihələr icra edilir, yollar çəkilir. Biz tarixi torpaqlarımıza sahib çıxırıq. Bu siyasət eyni zamanda bütün dünyaya bir mesajdır, dövlətimizin xoşməramlı niyyətini hamıya göstərir".

Müsahibənin videovarinatını təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti