...

Böyük Qayıdışla bağlı proqram soydaşlarımızın öz yurd-yuvalarında məskunlaşmasını sürətləndirəcək - Hikmət Babaoğlu

Siyasət Materials 19 Noyabr 2022 12:07 (UTC +04:00)
Böyük Qayıdışla bağlı proqram soydaşlarımızın öz yurd-yuvalarında məskunlaşmasını sürətləndirəcək - Hikmət Babaoğlu
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Tarixi zəfərimizdən sonra milli-strateji vəzifə kimi qarşımızda duran ən mühüm məsələlərdən bir xalqımızın üzün illərdir gözlədiyi Böyük Qaydıdışın reallaşdırılmasıdır. Özlüyündə bu, çətin, mürəkkəb, eyni zamanda, müqəddəs bir vəzifədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, artıq iki ildir ki, bu istiqamətdə ciddi maliyyə tutumuna malik çox böyük yol-kommunikasiya,enerji və infrasturktur layihələri həyata keçirilib və keçirilməkdir.

“Ancaq bunun dövlət proqramı çərçivəsində həyata keçirilməsi zərurəti var idi ki, Azərbaycan Prezidenti məhz bu zərurəti nəzərə alaraq “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci Dövlət Proqramı haqqında" sərəncam imzaladı.

Sərəncamda Böyük Qayıdış 5 milli prioritetimizdən biri kimi səciyyəndirilərək mərhələli şəkildə proqramın icrası ilə bağlı konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur. Proqram üzrə icraçılar müəyyənləşdirilərək konkret vəzifələr nəzərdə turulur, eyni zamanda, görülən işlərlə bağlı qiymətləndirmə aparacaq qurum müəyyənləşdirilir.

Bu tədbirlər konkret vaxt və qrafik əsasında aparılaçağı üçün keçmiş məcburi köçkünlərimizin öz yurd-yuvalarında məskunlaşmasını sürətləndirəcək və işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını milli iqtisadiyyatımızla bütövləşdirəcək”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti