Bakı. Trend:
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markaları və xatirə nişanları buraxılacaq.
Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında deyilir.
Eyni zamanda plana əsasən, Heydər Əliyev Mükafatının təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. Həmçinin “Heydər Əliyev İli” çərçivəsində sosial dəstək tədbirləri və xeyriyyə aksiyaları keçiriləcək.