Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 5-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, görüşdə Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələrdə dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.
Söhbət zamanı, həmçinin Azərbaycan-Rusiya qarşılıqlı faydalı tərəfdaşlığının gündəliyində yer alan aktual məsələlər müzakirə edilib.