Azərbaycan-NATO tərəfdaşlığı müzakirə olunub (FOTO)

Siyasət Materials 13 Dekabr 2022 15:32 (UTC +04:00)

Bakı. Trend:

13 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin meydana gələn təhlükəsizlik təhdidləri üzrə köməkçisinin müavini Ceyms Appaturay ilə görüşüb.

Bu barədə Nümayəndəlikdən Trend-ə bildirilib.

Görüşdə tərəflər Azərbaycan-NATO tərəfdaşlığı, enerji və kiber təhlükəsizlik, hibrid təhdidlər, habelə mühüm enerji infrastrukturlarının mühafizəsi ətrafında müzakirələr aparıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti