Bakı. Trend:
Biz Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası məsələsində irəliləyiş olduğunu qeyd etdik.
Trend xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.
“Biz Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası yolunda müəyyən irəliləyişlərin olduğunu qeyd etdik. Hesab edirik ki, yaxın vaxtlarda müvafiq üçtərəfli işçi qrupun həmsədrləri olan baş nazirin müavinləri konkret sazişlərin hazırlanmasına başlaya biləcəklər”, - deyə Lavrov qeyd edib.