...

Aİ liderləri Azərbaycana və Prezident İlham Əliyevə xüsusi hörmət və diqqətlə yanaşırlar - İv Leterm

Siyasət Materials 24 Dekabr 2022 10:27 (UTC +04:00)
Aİ liderləri Azərbaycana və Prezident İlham Əliyevə xüsusi hörmət və diqqətlə yanaşırlar - İv Leterm

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) və onun liderləri Azərbaycana və Prezident İlham Əliyevə xüsusi hörmət və diqqətlə yanaşırlar.

Bu barədə Trend-ə Belçikanın sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü İv Leterm deyib.

“Prezident İlham Əliyev Qarabağda yaşayan erməni əsilli insanlara regionun tərəqqisindən və rifahından bəhrələnmək üçün görülməmiş imkanlar yaratmağa hazır olduğunu nümayiş etdirdi. Mən bu yaxınlarda Azərbaycanda oldum və infrastruktur, təhsil, təhlükəsizlik, sosial xidmətlər və iqtisadi inkişafa qoyulan investisiyaların sürəti və həcminə heyran qaldım. Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsi Avropa İttifaqının maraqlarına uyğundur. İqtisadi sahədə Aİ-nin azərbaycanlı tərəfdaşları ilə əməkdaşlığına, xüsusən də ölkə iqtisadiyyatının və sənayesinin diversifikasiyalaşdırılmasına sərmayə yatırmaq üçün hələ də çoxlu imkanlar var”, - deyə o bildirib.

Leterm əmindir ki, Azərbaycan, həmçinin, Şərqlə Qərb arasında nəqliyyat və kommunikasiya qovşaqlarından birinə çevrilmək potensialına malikdir:

“Azərbaycan Avrasiyanın kritik regionunda yerləşir və gərginlik və antaqonizmlə dolu dünyada sabitləşdirici rol oynayır. Azərbaycanın mühüm və tam reallaşmamış iqtisadi potensialı var. Multimodal nəqliyyata və İKT-yə investisiyaya xüsusi diqqət yetirilməklə təhlükəsizlik, etibarlılıq və yaxşı infrastruktur Azərbaycanın Avropa və Asiya şirkətlərinə və investorlarına təklif etdiyi bütün coğrafi aktiv imkanlarından istifadənin açarıdır. Əminəm ki, hazırda həyata keçirilən siyasət və səylər Azərbaycanın indiki və gələcək nəsilləri və bütün Qafqaz regionu üçün çox faydalı olacaq”.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi Leterm Mərkəzin işinə göstərdiyi davamlı dəstəyə və tərəfdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti