...

Naxçıvanda bir şəhid ailəsi və beş qazi mənzillə təmin olunub (FOTO)

Siyasət Materials 30 Dekabr 2022 23:03 (UTC +04:00)
Naxçıvanda bir şəhid ailəsi və beş qazi mənzillə təmin olunub (FOTO)

Bakı. Trend:

Dekabrın 30-da, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikasında İkinci Qarabağ müharibəsi şəhidinin ailəsinə, 5 qaziyə yeni mənzil, 11 qaziyə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılması zamanı sağlamlıq imkanlarını qismən itirmiş 1 nəfərə avtomobillər təqdim olunub.

Trend xəbər verir ki, bu münasibətlə keçirilən görüşdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ölkəmizdə şəhid ailələri və qazilərin sosial təminatı istiqamətində mühüm tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, şəhid ailələri və qazilərin sosial təminatının davamlı olaraq yüksəldilməsi bundan sonra dövlətimizin diqqət mərkəzində olacaq.

Fuad Nəcəfli qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, mənzillərin orderlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib.

Şəhid ailəsinə və qazilərə verilən 2 və 3 otaqlı mənzillər Kəngərli rayonunun Qıvraq qəsəbəsində, Culfa və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillər mebellə təmin edilib, lazımi kommunal şərait yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti