...

ABŞ Ermənistanı Azərbaycanla birbaşa danışıqlar aparmağa məcbur edir

Siyasət Materials 4 Yanvar 2023 10:54 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Biz Azərbaycan-Ermənistan problemlərinin kompleks həllinin necə olduğunu təsvir etməməliyik. Bu, münaqişə tərəflərinin görməli olduğu ağır işdir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdə bildirib.

“Biz Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqliyimizi davam etdiririk”, - o deyib.

N.Prays qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun təşviqi üçün Aİ, ATƏT, digər beynəlxalq təşkilatlar və həmfikir tərəfdaşlarla ikitərəfli əlaqələri davam etdirir. Bu baxımdan o, ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşləri barədə müsbət fikirlər səsləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti