Bakı. Trend:
Aİ sülhsevər, sabit və firavan Cənubi Qafqazın tərəfdarıdır.
Trend-in məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko "Twitter" hesabında bildirib.
Qeyd edilib ki, Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycandakı səfirləri Şəhidlər Xiyabanını ziyarət edib.
“Bu gün Avropa İttifaqının səfirləri Bakıdakı Şəhidlər xiyabanına gedib gül dəstələri düzərək, Qara Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər. Həmin faciəli hadisələrin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Aİ sülhsevər, sabit və firavan Cənubi Qafqazın tərəfdarıdır”, - deyə qeyd edilib.