Bakı. Trend:
Aİ Azərbaycanla əməkdaşlığın gücləndirilməsi istiqamətində çalışmağa davam edir.
Trend-in məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonun Tvitter paylaşımında deyilir.
Qeyd edək ki, bu gün Aİ-nin Azərbaycan nümayəndəliyinin yaradılmasından 15 il ötür. Nümayəndəlik fəaliyyətinin ilk günündən dayanmadan Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində çalışır.