...

Mövlud Çavuşoğlu İrandakı Azərbaycan səfirliyinə hücumu pisləyib

Siyasət Materials 27 Yanvar 2023 11:16 (UTC +04:00)
Mövlud Çavuşoğlu İrandakı Azərbaycan səfirliyinə hücumu pisləyib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tehrandakı Azərbaycan səfirliyinə edilən xain hücumu qətiyyətlə pislədiyini və hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Trend-in məlumatına görə, Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında Türkiyənin xain hücumunu pislədiyini bildirib.

Çavuşoğlu həyatını itirən səfirlik əməkdaşının yaxınlarına başsağlığı verib, yaralananlara şəfa diləyib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti