...

Ombudsman Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

Siyasət Materials 27 Yanvar 2023 13:38 (UTC +04:00)
Ombudsman Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib.

Trend-in məlumatına görə bu barədə ombudsman tvitter hesbaında qeyd edib.

“Biz, Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qətiyyətlə pisləyirik və müvafiq qurumların günahkarların ədalət qarşısında cavab verməsi üçün əllərindən gələni edəcəklərinə inanırıq” - deyə bildirilib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti