...

Rusiya Azərbaycanın Avrasiyadakı inteqrasiya proseslərinə aktiv şəkildə qoşulmasını müsbət qarşılayır - Rusiya XİN

Siyasət Materials 30 Yanvar 2023 15:28 (UTC +04:00)
Rusiya Azərbaycanın Avrasiyadakı inteqrasiya proseslərinə aktiv şəkildə qoşulmasını müsbət qarşılayır - Rusiya XİN

Bakı. Trend:

Azərbaycanın Avrasiyadakı inteqrasiya proseslərinə aktiv şəkildə qoşulmasını müsbət qarşılayırıq.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"2021-2022-ci illərdə Bakıda Avrasiya mövzusuna, xüsusən də Azərbaycanla Avropa İqtisadi Birliyi (AİB) arasında əlaqələrin möhkəmlənməsi məsələlərinə həsr olunmuş bir sıra ekspert tədbirləri uğurlu keçdi. Bu baxımdan əlamətdar hadisə 2022-ci ilin oktyabrında Azərbaycanda keçirilən XV Avrasiya İqtisadi Forumu oldu. Bu istiqamətdə növbəti addımların Avrasiya qitəsinin mərkəzində yerləşən respublikanın maraqlarına tam cavab verdiyindən əminik", - xarici işlər naziri bildirib.

Rusiya xarici işlər naziri hələ 2015-ci ildə irəli sürülən "Böyük Avrasiya Tərəfdaşlığı" təşəbbüsünün Rusiya üçün zaman intervalına bağlı konyuktura layihəsi olmadığını bildirib.

"Bu, ikitərəfli və beynəlxalq formatlarda kompleks və çoxsəviyyəli transsərhəd münasibətlərin inkişafına çağırışdır. Sonuncuya gəlincə, biz bu barədə dəfələrlə danışmışıq. Onun vacib komponentini dövlətlərarası birliklərin potensialının birləşdirilməsi təşkil edir. Bu birliklərin arasında Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Avrasiya İqtisadi Birliyi (AİB) və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) kimi praktiki əməkdaşlığa yönəlmiş və müsbət köklənmiş təşkilatları da görə bilərik", - S.Lavrov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti