...

Eldar İbrahimov yenidən Milli Məclisin İntizam Komissiyasının sədri seçilib

Siyasət Materials 1 Fevral 2023 15:40 (UTC +04:00)
Eldar İbrahimov yenidən Milli Məclisin İntizam Komissiyasının sədri seçilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Deputat Eldar İbrahimov yenidən Milli Məclisin İntizam Komissiyasının sədri seçilib.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qeyd edək ki, parlamentin bu gün keçirilən iclasında İntizam Komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb və komissiyanın tərkibi yenidən formalaşdırılıb.

Müzakirələrdən sonra qərar layihəsi təsdiq edilib.

Milli Məclisin İntizam komissiyası aşağıdakı tərkibdə yaradılıb:
1. Ağamalı Fəzail Rəhim oğlu,
2. Həsənov Nurlan Urfan oğlu,
3. Həsənova Afət Əbil qızı,
4. İbrahimqızı Məlahət İbrahim qızı,
5. İbrahimov Eldar Rza oğlu,
6. Məhəməliyev Nəsib Məhəmməd oğlu,
7. Məmmədov Hikmət Baba oğlu,
8. Məmmədov Məşhur Şahbaz oğlu,
9. Möhbalıyev Səttar Suliddin oğlu,
10. Musayev Madər Əliəsgər oğlu,
11. Səfərov Nizami Abdulla oğlu.
Qeyd dək ki, komissiya üzvləri və sədri əvvəlki kimi qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti