...

“Pasportlar haqqında” qanuna dəyişiklik edilib

Siyasət Materials 8 Fevral 2023 16:01 (UTC +04:00)
“Pasportlar haqqında” qanuna dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Trend xəbər verir ki, dəyişikliyə əsasən, “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununda şağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilir:

“Ümumvətəndaş pasportunun verilməsi üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti