...

ABŞ Azərbaycan-Ermənistan danışıqlarının müsbət dinamikasına ümid edir - Dövlət Departamenti

Siyasət Materials 23 Fevral 2023 10:01 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunan danışıqların müsbət dinamikasına ümid edir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin spikeri Ned Prays brifinqində deyib.

Onun sözlərinə görə, bugünkü nəticələr tərəflərin son aylardakı münasibətlərinin bəhrəsidir.

"Bütün bunlar ABŞ-la ikitərəfli münasibətlərin, tərəflərin ABŞ-la üçtərəfli əlaqələrinin, Avropa İttifaqı (Aİ) tərəfindən aparılan diplomatiyanın və tərəflərin təşkil olunacaq danışıqlarından gözləntilərinin nəticəsidir", - Prays deyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 18-də Münxen təhlükəsizlik konfransı çərçivəsində görüş keçirmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti