...

İranın nüvə fəaliyyətində narahatlıq doğuran dəyişikliklər qeydə alırıq - Beynəlxalq Agentliyin baş direktoru

Siyasət Materials 2 Mart 2023 14:02 (UTC +04:00)
İranın nüvə fəaliyyətində narahatlıq doğuran dəyişikliklər qeydə alırıq - Beynəlxalq Agentliyin baş direktoru

Bakı. Trend:

Bizim təmasları və dialoqumuzu İranla ən yüksək səviyyədə saxlamağımız vacibdir. Çünki biz İranın müəyyən nöqtələrində nüvə fəaliyyətində narahatlıq doğuran dəyişikliklər qeydə alırıq.

Trend-in məlumatına görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bu gün Bakıda COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində jurnalistlərə açıqlamaaında deyib.

“Biz İranın müəyyən nöqtələrində nüvə fəaliyyətində narahatlıq doğuran dəyişikliklər qeydə alırıq. AEBA-nın vəziyyəti yerində öyrənmək, şübhələri aradan qaldırmaq üçün bu nöqtələrə birbaşa çıxışı olmalıdır ki, bununla da vəziyyətin ağırlaşmasından qaçmaq mümkün olar. Bunu iranlı həmkarlarla görüşümdə də vurğulayıram”,- deyə o əlavə edib.

Qeyd edək ki, martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti