...

Rumıniyanın keçmiş prezidenti Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb

Siyasət Materials 12 Mart 2023 16:18 (UTC +04:00)
Rumıniyanın keçmiş prezidenti Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev lazımi anda düzgün qərar qəbul etməyi bacarıb və bu ona prezidentlik dövründə üzləşdiyi problemləri həll etməyə kömək edib.

Trend xəbər verir ki, bunu Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi "Heydər Əliyev 100: Həyatı və irsi" konfransında deyib.

Həmçinin Rumıniyanın keçmiş prezidenti Heydər Əliyevlə ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı xatirələrini bölüşüb.

"Birgə işləmək bizim üçün asan idi. Biz Azərbaycanı Rumıniya üçün Xəzər regionuna açılan qapı kimi görürdük, Azərbaycan isə Rumıniyanı Avropaya açılan pəncərə kimi görürdü. İkitərəfli münasibətlərin inkişafı istiqamətində birgə işimiz çox səmərəli oldu", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti