...

Heydər Əliyev Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına böyük töhfə verib - Vu Honqbo

Siyasət Materials 12 Mart 2023 17:30 (UTC +04:00)
Heydər Əliyev Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına böyük töhfə verib - Vu Honqbo
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyev Çin xalqının böyük dostudur və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib.

Trend-in məlumatına görə, bunu bazar günü Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi "Heydər Əliyev 100: Həyatı və irsi" konfransında Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo deyib.

Vu Honqbo iki ölkə arasında dostluq əlaqələrinin qurulmasında Heydər Əliyevin rolunu qeyd etdi, həmçinin onun ölkələr arasında ticarət əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdi.

Çinin xüsusi nümayəndəsi bildirib ki, Heydər Əliyev fəaliyyətinin ən mühüm nəticələrindən biri Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti