...

Zəlzələdən sonra Prezident İlham Əliyevin Türkiyəyə səfəri qardaşlıq nümunəsidir - Binəli Yıldırım

Siyasət Materials 14 Mart 2023 14:07 (UTC +04:00)
Zəlzələdən sonra Prezident İlham Əliyevin Türkiyəyə səfəri qardaşlıq nümunəsidir - Binəli Yıldırım
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

AK Parti Sədrinin birinci müavini Binəli Yıldırım çətin günlərdə dost və qardaş dəstəyi göstərən Azərbaycan dövlətinə və xalqına, eləcə də Yeni Azərbaycan Partiyasına təşəkkürünü bildirib.

Trend-in məlumatına görə, martın 13-də Ankarada Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşdə B.Yıldırım zəlzələdən sonra Prezident İlham Əliyevin Türkiyə Respublikasına səfərinin dostluq, qardaşlıq və həmrəylik örnəyi olduğunu vurğulayıb.

B.Yıldırım Azərbaycanın maddi, mənəvi və humanitar dəstəyinin, azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində əzmlə və fədakarlıqla çalışmalarının mühüm əhəmiyyətə malik olduğunu və təqdirlə qarşılandığını qeyd edib.

"Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin ölkəmizə səfərinin böyük mənəvi-siyasi önəmi var. Bu, hər şeydən öncə, dost və qardaş dəstəyidir", - deyə B.Yıldırım bildirib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələdən dərhal sonra göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına xüsusi minnətdarlıq ifadə etdiyini xatırladıb. B.Yıldırım bildirib ki, qüdrətli Türkiyə dövləti xalqın və dostlarının dəstəyi ilə yaralarını sağaldacaq, hədəflərini gerçəkləşdirərək daha güclü dövlətə çevriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti