...

Azərbaycandakı diplomatik missiyam ərzində ölkənin böyük Zəfərinin şahidi oldum - Qazaxıstan səfiri

Siyasət Materials 14 Mart 2023 16:50 (UTC +04:00)
Azərbaycandakı diplomatik missiyam ərzində ölkənin böyük Zəfərinin şahidi oldum - Qazaxıstan səfiri
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandakı diplomatik missiyam ərzində ölkənin böyük Zəfərinin və torpaqların işğaldan uzun müddətdir gözlənilən azad olunma prosesinin şahidi oldum.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Qazaxıstanda baş tutacaq seçkilərə həsr olunmuş mətbuat konfransında deyib.

Səfir diplomatik missiyasının müddətinin başa çatdığını və onu Azərbaycana çoxlu sayda xatirələrin bağlayacağını qeyd edib.

O, həmçinin, Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı inama və hörmətə əsaslanmış ikitərəfli münasibətlərin inkişafının davam edəcəyinə əmin olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti