...

İslamofobiyanın siyasiləşdirilməsi məsələsinə toxunmalıyıq - Ekmeleddin İhsanoğlu

Siyasət Materials 15 Mart 2023 09:52 (UTC +04:00)
İslamofobiyanın siyasiləşdirilməsi məsələsinə toxunmalıyıq - Ekmeleddin İhsanoğlu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İslamofobiyanın siyasiləşdirilməsi məsələsinə toxunmalıyıq.

Trend-in məlumatına görə, bu barədə bu gün İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, islamofobiya ilə bağlı Avropa İnsan Haqları məhkəməsində də qərarlar qəbul edilib.

“Biz qəbul etməliyik ki, islamofobiya ciddi bir məsələdir və buna dəqiq yanaşmalıyıq. İslam qərb üçün də yerli din sayılır, ona yad deyil. Avropa müsəlmanlarının sayı milyonlarladır. Müsəlman sivilizasiyasının qərb sivilizasiyasına verdiyi töhfələr araşdırılmalıdır”,- deyə o əlavə edib.

Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparırlar.

Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti