...

Rusiya Azərbaycan-Ermənistan sülh sazişinin parametrlərinin razılaşdırılmasına köməklik göstərməyə hazırdır - Lavrov

Siyasət Materials 20 Mart 2023 14:53 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin parametrlərinin razılaşdırılmasına hər cür köməklik göstərməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə deyib.

"Şübhəmiz yoxdur ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli bəyanatları iqtisadi, hərbi-siyasi və beynəlxalq hüquq müstəvisində vəziyyətin stabilləşməsi baxımından bütün həllərin reallaşdırılması üçün əsas vasitə olaraq qalır. Üçtərəfli bəyanatlarda qeyd olunduğu kimi, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədlərinin demilitasiyası və sülh sazişinin parametrlərinin razılaşdırılmasına hər cür köməklik göstərməyə hazır olacağıq", - Lavrov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti