...

ABŞ-nin “Demokratiya sammiti”nin təşkilatçılarının ermənipərəst mövqeyi bu dəfə də özünü göstərdi

Siyasət Materials 27 Mart 2023 10:29 (UTC +04:00)
ABŞ-nin “Demokratiya sammiti”nin təşkilatçılarının ermənipərəst mövqeyi bu dəfə də özünü göstərdi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin “Demokratiya sammiti”nə dəvət etdiyi ölkələr arasında Azərbaycanın yer almaması, bunun əvəzində Ermənistana dəvət göndərilməsi növbəti ikili standartların nəticəsidir. Sammit rəhbərliyinin ermənipərəst mövqeyi bu dəfə də özünü göstərdi.

Bunu Trend-ə açıqlamasında deputat Vüqar İskəndərov deyib.

O qeyd edib ki, ABŞ-nin Cənubi Qafqazda ayrı-seçkilik etməsi regionda müəyyən qarışıqlıq yaratmaqdan başqa bir şey deyil.

“Çünki Cənubi Qafqazın 3 dövlətindən Azərbaycan dəvət almır, Ermənistan alır, Gürcüstandan isə baş nazir yox, prezident dəvət edilir. Bu, Cənubi Qafqazı bölmək və ayırıcı xətlər çəkmək siyasətidir. Əlbəttə ABŞ kimi super güc dövlətlərin həmişə parçalama, bölücü siyasəti Cənubi Qafqazda da özünü göstərir. Bu regiona bu cür yanaşma həmçinin dini ayrıseçkiliyin də nəticəsidir”, - deyə deputat qeyd edib.

O bildirib ki, ABŞ-ın Ermənistanı demokratik ölkə hesab etməsi olduqca gülünc mənzərədir.

“Maraqlıdır, Ermənistan hansı əsasla demokratik ölkə hesab edilir? Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı ötən həftə açıqladığı faktlar da bunun əyani sübutudur. Təkcə onu göstərmək kifayətdir ki, 2022-ci ilin aprel-iyul aylarında Ermənistanda keçirilən etiraz aksiyaları qəddarlıqla dağıdılıb, ümumilikdə 2100-dən çox etirazçı saxlanılıb. Həmçinin siyasi səbəblərdən bir sıra vətəndaşların Ermənistana girişinə qadağa qoyulub.

Bu baxımdan “Demokratiya Sammiti”nin özünə də bir demokratik baxış lazımdır. Çünki bu cür yanaşma ilə “Demokratiya samiti”nin təşkilinin özü də ikili standart toplusudur. Qardaş Türkiyənin də sammitə dəvət almaması fikirlərdə növbəti suallar yaradır. Seçki prosesi öncəsi ABŞ-ın belə bir addımı görünür düşünülmüş və iqtidara zərbə məqsədi ilə atılmış addımdır. Son illərdə dünyada beynəlxalq norma prinsiplərin pozulması, bu cür təşkilatların da funksionallığını aşağı salıb. Çünki artıq dünyada ədalətli mövqe deyə bir mövqe demək olar qalmayıb”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti