...

Azərbaycan qlobal reytinqdə 20 pillə yüksəlib

Siyasət Materials 3 Aprel 2023 13:13 (UTC +04:00)
Azərbaycan qlobal reytinqdə 20 pillə yüksəlib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan "Global Soft Power Index" (Qlobal "yumşaq güc" reytinqi) reytinqində nüfuz səviyyəsinə görə 20 pillə yüksəlib.

Trend bu barədə bazar ertəsi "Global Soft Power Index 2023"-ə istinadən xəbər verir.

Azərbaycan reytinqdə ümumi 121 yerdən 57-ci yeri, Avropa dövlətləri arasında isə 29-cu yeri tutub.

ABŞ, Böyük Britaniya və Almaniya indeksin ilk üç pilləsində qərarlaşıb. Asiya ölkələri arasında Qlobal "yümşaq güc" reytinqində lider Yaponiya (ümumi reytinqdə 4-cü yer), Latın Amerikası ölkələri arasında Braziliya (31-ci yer) olub. Birləşmiş Ərəb Əmirlikləri isə 10-cu yerə yüksəlib (Yaxın Şərq və Şimali Afrika ölkələri arasında ən yüksək yer olub).

Qeyd edək ki, qlobal "yümşaq güc" indeksi ümumilikdə ölkələrin dünya arenasında iştirak, nüfuz və təsirin balanslaşdırılmış və tam qiymətləndirməsini əks etdirən geniş spektrə malik göstəriciləri özündə birləşdirir. Bunlara məşhurluq, nüfuz, təsir, "yumşaq güc"ün 8 əsas meyarı (biznes və ticarət, idarəetmə, beynəlxalq münasibətlər, mədəniyyət və irs, KİV və kommunikasiyalar, elm və təhsil, insanlar və dəyərlər, dayanıqlı gələcək) üzrə göstəricilər daxildir.

Qlobal "yumşaq güc" reytinqi brend qiymətləndirmə sahəsində konsaltinq şirkəti olan "Brand Finance" tərəfindən 121 dövlətdən ən azı 100 min nəfər respondent arasında keçirilən sorğu əsasında tərtib olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti