...

Milli Məclis Fazil Mustafaya qarşı silahlı hücumun məhz terror aktı olduğunu təsdiqləyir - Zahid Oruc

Siyasət Materials 4 Aprel 2023 11:47 (UTC +04:00)
Milli Məclis Fazil Mustafaya qarşı silahlı hücumun məhz terror aktı olduğunu təsdiqləyir - Zahid Oruc
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dəyərli millət vəkili Fazil Mustafaya qarşı silahlı hücuma Milli Məclisdə hüquqi-siyasi qiymət verilir, sifarişçiləri və təşkilatçıları ifşa edilən qəsdin məhz terror aktı olduğunu təsdiqləyir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, martın 4-ü Bakıda hipermarketə hücum, martın 9-u Bakıda silahlı atışma və martın 28-i millət vəkilinə sui-qəsd vahid bir zəncirdə birləşir.

“Terrorun silahı nə olursa-olsun - tapança, avtomat, bomba, - onun əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaq, qorxu, xof və panika ilə ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti