Şamaxı. Trend:
Şuşa şəhərindən olan məcburi köçkünlərin 95%-i şəhər bərpa olunduqdan sonra evlərinə qayıdacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev "İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda bu gün Şamaxıda keçirilən elmi-praktik konfransda deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin inkişafı və insanların təhlükəsizliyi ən mühüm məsələlərdən biridir.
"Keçmiş məcburi köçkünlərin evlərinə qayıtması üzrə bütün lazımi işlər aparılır. Hazırda ən böyük problem minalardır", - R.Rzayev deyib.