...

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İrəvanda Avropa çempionu olan türkiyəli idmançıya təbrik məktubu göndəriblər

Siyasət Materials 19 Aprel 2023 16:16 (UTC +04:00)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İrəvanda Avropa çempionu olan türkiyəli idmançıya təbrik məktubu göndəriblər

Bakı. Trend:

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilən yarışda ağır atletika üzrə Avropa çempionu olan Nuray Güngörə təbrik məktubu göndəriblər.

Trend xəbər verir ki, təbrik məktubunda deyilir:

Əziz Nuray,

Ağır atletika üzrə Avropa çempionu adını qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirik.

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında böyük qələbə əzmi ilə ölkənizi ləyaqətlə təmsil edərək möhtəşəm uğura imza atmağınız, Türkiyənin şanlı bayrağını yüksəklərə qaldırmağınız, Dövlət Himnini səsləndirməyiniz bizi çox sevindirdi və qürurlandırdı. Avropa birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq medallarınızı Azərbaycana həsr etdiyiniz üçün də Sizə xüsusi təşəkkür edirik.

Sevincimizi və kədərimizi birgə paylaşdığımız qardaş Türkiyənin biz olmayan yerdə bizi təmsil etməsi bir millət, iki dövlət olmağımızı bir daha bütün dünyaya bariz şəkildə nümayiş etdirdi.

Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti