...

Heydər Əliyevin siyasətində azərbaycançılıq ideyaları prioritet təşkil edirdi - Azər Qarayev (VİDEO)

Siyasət Materials 10 May 2023 12:27 (UTC +04:00)
Heydər Əliyevin siyasətində azərbaycançılıq ideyaları prioritet təşkil edirdi - Azər Qarayev (VİDEO)

Bakı.Trend:

Ulu öndər Heydər Əliyevin siyasətində azərbaycançılıq ideyaları prioritet təşkil edirdi. Heydər Əliyev sovetlər dövründə təhlükəsizlik orqanlarında işə sıravi əməkdaşdan başlayaraq komitə sədri işlədiyi dövrlərdə, sonralar isə respublikaya rəhbərlik etdiyi illərdə milli dəyərlərə, orqanların milliləşməsinə, xüsusilə də azərbaycan dilinə böyük əhəmiyyət verirdi. Heydər Əliyev represiya illərində xalqımıza qarşı cinayətlər törətmiş qeyri-millətlərin nümayəndələri olan şəxslərin cəzalandırılmasına nail olub. Ulu öndər DTK sədrinin müavini, sonra isə qurumun sədri olduğu zaman onlarla, yüzlərlə gəncimizin, ziyalılarımızın həyatını xilas edib.

Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə müsahibəsində təhlükəszilik orqanlarınnın veteranı, polkovnik Azər Qarayev bildirib.

O, əlavə edib ki, Heydər Əliyev DTK əks-kəşfiyyat şöbəsinin rəisi işləyərkən milli maraqlarımıza görə hətta öz karyerasını təhlükəyə atıb.

"Heydər Əliyev arxivlərlə tanış olarkən aydın olur ki, represiya illərində ziyalılarımızın güllələnməsinə, sürgün olunmasına qərar verən “üçlük”lərin tərkibi əsasən ermənilərdən ibarət olub. Verilən qərarların əksəriyəti də haqsız olub. Buna görə də Heydər Əliyev həmin şəxslərin cəzalandırması təklifi ilə çıxış edib. Lakin hər dəfə rəhbərlik Heydər Əliyevə irad bildirib. Hətta onu işdən də uzaqlaşdırıblar. Amma sonradan istəyinə nail olub və həmin insanlar barədə cinayıət işləri açılıb", - deyə o, əlavə edib.

Azər Qarayev həmçinin bildirib ki, həmin illərdə ulu öndər Heydər Əliyev onlarla azərbaycanlı gəncin həyatını xilas edib.

"Bir qrup azərbaycanlı gənc rus dilinin dövlət dili olmasına etiraz edərək milli və irqi hüquqi bərabrəliyin pozulması komitəsi yaratmışdı. Komitədə təxminən 200-ə yaxın gənc təmsil olunurdu. Həmin gənclər əsasən kənd rayonlarından Bakıya işləməyə gələnlər idi. Onlar rus dilinin əleyhinə çıxır, azərbaycan dilinin təbliği ilə məşğul olurdular. Həmin dövrdə bu hərəkətlər dövlət əleyhinə çıxmaq kimi qəbul olunurdu və cinayət məsuliyyəti nəzərdə tutulurdu. Komitənin fəaliyyəti dərhal DTK tərəfindən nəzarətə götürülür və həmin gənclər istintaqa cəlb olunur. Cinayət işinə nəzarəti DTK sədrinin müavini Heydər Əliyev aparırdı. Heydər Əliyev çox çətinliklər bahasına həmin gəncləri qorumağa çalışırdı. Çünki, Moskva işi nəzarətdə saxlayır, həmin gənclərə ağır cəza verməyi tələb edirdi. Bu gəncləri ya psixi xəstə adı ilə xəstəxanaya yerləşdirməli idilər, ya azı on ilə həbsə atmalıydılar, ya da sürgün etməli idilər. Bütün hallarda gənclərin həyatları məhv ola bilərdi. Heydər Əliyev istintaqın gedişində çalışırdı ki, gənclər məsuliyyətdən azad edilsin, onların bu əməlində heç bir cinayət tərkibi olmadığı sübut edilsin. Bu məqsədlə istintaq azərbaycanlı müstəntiqlərə tapşırılır. Çünki, həmin gənclər rus dilini bilmirdilər, onları rusdilli müstəntiqlər dindirirdi. Azərbaycanlı müstəntiqlər işi obyektiv aparır və Heydər Əliyevin birbaşa təsiri ilə sonda cinayət işinə xitam verilir. Beləliklə də onlarla gəncin həyatı xilas edilir. Bütün bunlar Heydər Əliyevin öz xalqına, gələcəyimiz olan gənclərimizə, tarixi köklərimizə necə bağlı insan olduğunu göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti