...

Paşinyandan əsir saxlanılan iki əsgərimizlə bağlı açıqlama: Qaytara bilərik...

Siyasət Materials 22 May 2023 15:06 (UTC +04:00)
Paşinyandan əsir saxlanılan iki əsgərimizlə bağlı açıqlama: Qaytara bilərik...

Bakı. Trend:

İki Azərbaycan hərbçisinin ekstradisiyasını müzakirə etməyə hazırıq.

Trend xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır, lakin bu proses birtərəfli ola bilməz”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti