...

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistana getdi

Siyasət Materials 23 May 2023 10:13 (UTC +04:00)
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistana getdi

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munirin dəvəti ilə mayın 23-də bu ölkəyə rəsmi səfərə gedib.

Trend-in MN-dən əldə etdiyi məlumata görə, səfər çərçivəsində general-polkovnik K.Vəliyevin Pakistanın hərbi rəhbərliyi ilə görüşü, həmçinin bir sıra hərbi təyinatlı müəssisələrə ziyarəti nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti