...

Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü İstanbulda qeyd olunub (FOTO)

Siyasət Materials 27 May 2023 12:03 (UTC +04:00)
Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü İstanbulda qeyd olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının müstəqilliyinin 105-ci ildönümü Türkiyənin İstanbul şəhərində qeyd olunub.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, tədbirdə Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömuraliyev, Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbul valisi Ali Yerlikaya, baş konsulluqlar, səfirliklər və bələdiyyələrdən nümayəndələr, millət vəkilləri, Türkiyədə yaşayan Azərbaycan vətəndaşları iştirak edib.

Tədbirdə çıxış edən N.Mustafayeva bildirib ki, 105 il əvvəl Şərqdə ilk demokratik respublikanın Azərbaycanda qurulması qürurvericidir.

"İlk müstəqilliyimiz çox da uzun sürmədi, 23 ay yaşadı, amma belə qısa bir müddətdə nazirliklərin, milli ordunun, universitetlərin yaradılması kimi bir çox əhəmiyyətli işlər görüldü. Bugünkü güclü, müstəqil, azad Azərbaycan həmin Xalq Cümhuriyyətinin varisidir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti