...

ABŞ yaxın illərdə Azərbaycanla münasibətləri dərinləşdirməyə ümid edir - Blinken

Siyasət Materials 28 May 2023 11:17 (UTC +04:00)
ABŞ yaxın illərdə Azərbaycanla münasibətləri dərinləşdirməyə ümid edir - Blinken
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Biz ortaq ikitərəfli prioritetlərimizi inkişaf etdirmək üçün Azərbaycanla davamlı əməkdaşlığımızı yüksək qiymətləndiririk.

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbrik məktubunda deyib.

"İkitərəfli münasibətlərimizin 31 ildən artıq bir müddətdə ABŞ ümumi təhlükəsizlik maraqları, enerji əməkdaşlığı və iqtisadi artıma əsaslanan güclü tərəfdaşlıq qurmaq üçün Azərbaycanla sıx əməkdaşlıq edib. Mən ABŞ-ın Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm və yaxın illərdə ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsinə ümid edirəm. Birləşmiş Ştatlar həmçinin Azərbaycana və regiona davamlı sülhün qurulmasına kömək etmək üçün davamlı əməkdaşlıq və qarşılıqlı fəaliyyətin davam etdirilməsinə ümid edirlər. Biz bütün Cənubi Qafqaz xalqları üçün daha yaxşı gələcəyə aparacaq bu məqsədə tam sadiqik", - deyə təbrik məktubunda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti