...

Azərbaycan-İsrail münasibətləri tərəfdaşlıq nümunəsi olmalıdır - İsxak Hersoq

Siyasət Materials 30 May 2023 20:34 (UTC +04:00)
Azərbaycan-İsrail münasibətləri tərəfdaşlıq nümunəsi olmalıdır - İsxak Hersoq

Bakı. Trend:

Azərbaycan-İsrail münasibətləri dövlətlər və xalqlar üçün tərəfdaşlıq nümunəsi olmalıdır.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı İsrail prezidenti İsxak Hersoq Bakıda İsrailin müstəqilliyinin 75-ci ildönümünün qeyd edilməsinə həsr olunmuş tədbirdə deyib.

“Bizim müttəfiqliyimiz İsrail və Azərbaycan arasında bütün sahələri əhatə edən münasibətlərin inkişafında özünü göstərir. Mən əlaqələrimizdə - texnologiya, elm, səhiyyə, turizm, təhsil, davamlı inkişaf sahələrində - böyük nailiyyətlər gözləyirəm və bu perspektivli siyahı davam edir”, - İsxak Hersoq bildirib.

İsrail prezidenti vurğulayıb ki, bu münasibətlər bu yaxınlarda Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması ilə bir daha təsdiqlənib.

"Azərbaycanın yəhudi icması gözəl Azərbaycan cəmiyyətinin tərkib hissəsi olub və olmaqda davam edir", - İsxak Hersoq əlavə edib.

Xəbər lenti

Xəbər lenti