...

Azərbaycanda dünya səviyyəli tədbirlər bir ənənə halını alıb - Tural İsmayılov

Siyasət Materials 31 May 2023 15:59 (UTC +04:00)
Azərbaycanda dünya səviyyəli tədbirlər bir ənənə halını alıb - Tural İsmayılov

Bakı. Trend:

Azərbaycan hazırda dünya səviyyəli forumların və tədbirlərin keçirildiyi əsas ölkə halına gəlib. Hər il ölkədə bütün dünyanın maraqla gözlədiyi forumlar, iclaslar, sərgilər keçirilir. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri indi xüsusi əhəmiyyətə malikdir. Pandemiyanın iqtisadi təsirlərinin tam olara aradan qalxmamağı, müharibələrin dünya iqtisadiyyatına yaratdığı psixoloji təzyiqlər fonunda belə tədbirlərin xüsusi əhəmiyyəti var.

Bu fikirləri Trend-ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov qeyd edib.

Politoloq vurğuladı ki, cənab Prezident İlham Əliyev sərgidə qlobal enerji sektorunun bundan sonrakı gələcəyi ilə bağlı mühüm konturları açıqladı. Dövlət başçısı təkcə hazırkı mövqeyimizi deyil, həm də gələcək potensial layihələrin də anonsunu verdi. Bəlli oldu ki, Yunanıstan-Bolqarıstan interkonnektoru ilə Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Beləliklər, Mərkəzi və Şərqi Avropadan Orta Asiyaya, Ərəb dünyasından ABŞ, Britaniya, Çinə qədər bir çox coğrafiyalardan Azərbaycanın siyasi və iqtisadi imkanalrına, Azərbaycan Prezidentinin mövqeyinə böyük simpatiyanı müşahidə edirik.

ABŞ prezidenti və Britaniya Baş nazirinin müraciətləri hazırda bütün dünyanın diqqətinin Bakıya yönəldiyini göstərir. Baydenin məkubunda Azərbaycanın dünyəvi ekoloji məsuliyyət şüurundakı roluna da ayrıca dəyər verildi. Azərbaycan bu gün təkcə ənənəvi enerji məhsulları ilə deyil, alternativ enerji imkanları da ciddi rəğbət qazanır. Baydenin məktubda vurğuladığı məqam da bu xüsusa da diqqət edilməlidir. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir – buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir. “Qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslər məni sevindirir”- deyən Bayden ABŞ-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafına da işarə edir.

Azərbaycanın qlobal enerji bazarında əhəmiyyətinin yüksəlməsi bir reallıqdır. Bu xüsusiyyətlərimiz ilə yaxın dövrün iqtisadi layihələri Azzərbaycansız mümkün olmayacaq.

Xəbər lenti

Xəbər lenti