...

Bəzi tərəflər sülhün əldə olunmasına qarşıdır - Ceyhun Bayramov

Siyasət Materials 5 İyun 2023 12:30 (UTC +04:00)
Bəzi tərəflər sülhün əldə olunmasına qarşıdır - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün müxtəlif tərəflər var və bu müxtəlif tərəflərin fərqli maraqları və davranışları ola bilər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

“Biz onu da görürük ki, hətta bütün tərəflərin yanaşmaları bu sülh prosesinin irəli aparılmasında və iki ölkə arasında ən tez və qısa bir zamanda razılığın əldə olunmasına xidmət etmir. Onlara dərhal adekvat cavablar verilir. Azərbaycan tərəfi öz gündəliyinə sadiqdir və təbii ki, bu və digər tərəflərin addımlarından asılı olmayaraq, Azərbaycanın dövlət maraqlarına cavab verən formada, beynəlxalq hüququn norma və prinsiplərinə cavab verən formada öz siyasətimizi davam etdirəcəyik”,- deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti