Bakı. Trend:
Bu gecə Azərbaycanda olacağam.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatarla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Vəzifəyə başladıqdan sonra adəti üzrə ilk ölkə xarici səfərimi Şimali Kipr Türk Respublikasına etdim. Daha sonra da Azərbaycana səfər edəcəyəm. Bu da bizim ənənəmizə uyğun addımdır. Bu gecə Azərbaycanda olacağam, görüşlərimiz baş tutacaq. Sabah isə Ankaraya geri dönəcəyəm", - deyə Ərdoğan qeyd edib.